“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın ulduz cinah hücumçusu Lamin Yamalın davranışı barədə fikirlərini bildirib.
Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis qol sevincini başına xəyali tac qoyaraq qeyd edən futbolçuya ünvanlanan tənqidlərə cavab verib:
“Komandam haqqında insanların nə dediyi məni maraqlandırmır. Lamin 18 yaşındadır və o, fantastik oyunçudur. Mən ona yoldan çıxmamaqda kömək edəcəyəm və bu, ən vacib məqamdır. Onun davranışında gördüklərim mənə çox xoş gəlir”.
Qeyd edək ki, La Liqanın 1-ci turunda “Mayorka”ya qarşı oyunda (3:0) 18 yaşlı ispaniyalı vinger qol vurub və məhsuldar ötürmə edib.