RU

Zelenski: Türkiyə Qara dənizdə Ukraynanın təhlükəsizlik qarantı ola bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin Qara dənizdə təhlükəsizliyi təmin edən ölkələrdən biri ola biləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, UNİAN agentliyinin məlumatına görə, Zelenski bu bəyanatı NATO-nun baş katibi Mark Ryutte ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Qarşılıqlı dəstəyin aydın arxitekturası olmalıdır. Dənizdə təhlükəsizliyi təmin edən ölkələr var, məsələn, Türkiyə”, – deyə dövlət başçısı bildirib.

Eyni zamanda Zelenski qeyd edib ki, hazırda bütün maraqlı ölkələrin Ukraynanın təhlükəsizliyini necə təmin edəcəyi barədə danışmaq tezdir.

//Samir Qurbanov, Editor.az

Избранный
7
editor.az

1Источники