RU

Prezident İlham Əliyev: Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir (TAM NİTQ)

Türkmənbaşı. Trend:

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, ŞimallaCənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir.

Trend xəbər verir ki, bubarədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan vəÖzbəkistan arasında keçirilən yüksəksəviyyəli görüşdə bildirib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli Şavkat Miromonoviç.

Əvvəlcə bugünkü Zirvə görüşünün Avazada yüksək səviyyədətəşkilinə və səmimi qəbula görə qardaşım, Xalq Məsləhətinin sədriQurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova dərin minnətdarlığımıbildirmək istəyirəm. Eyni zamanda, Azərbaycan, Türkmənistan vəÖzbəkistan arasında bugünkü üçtərəfli görüşün keçirilməsitəşəbbüsünə görə də təşəkkür edirəm.

Bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaqdəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaşdövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq. Qonaqpərvərtürkmən torpağında olduğum bu gündə bir daha qeyd etmək istəyirəmki, Türkmənistan hörmətli Qurbanqulu Məlikquliyeviçin müdrikrəhbərliyi ilə sosial-iqtisadi inkişafda əhəmiyyətli nailiyyətlərəldə edib, beynəlxalq rolunu və nüfuzunu gücləndirib. Onun müasirTürkmənistanın inkişafına verdiyi töhfə səmərəli dövlətidarəçiliyinin, strateji baxışın və Vətənə sədaqətinnümunəsidir.

Bu yaxınlarda - keçən ay hörmətli Qurbanqulu MəlikquliyeviçiAzərbaycanda qəbul etməkdən məmnun olduq. Onun səfəri son dərəcəsəmərəli keçdi. Biz Bakıda əhatəli danışıqlar apardıq, Azərbaycanınişğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşaşəhərlərini birlikdə ziyarət etdik. Füzuli şəhərində məscidin inşaolunması barədə qərara görə xüsusi təşəkkürümü bildirmək istəyirəm.Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyinrəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda,Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizinyaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır.Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləriyüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdəinkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Özbəkistan Respublikası ilə bizi 2024-cü il avqustun 23-dəimzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bağlayır.Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclümədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistandabütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraqölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsinivə iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik.Son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasidialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələrəldə etmişik. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasınaverdiyi böyük töhfəyə görə Özbəkistan tərəfinə və şəxsən ŞavkatMiromonoviçə dərin təşəkkürümü bildirirəm. Füzuli şəhərində dahialim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub vəŞavkat Miromonoviçlə birlikdə onun açılışını qeyd etmişdik.Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyükbir tikiş fabriki fəaliyyət göstərir. Bu yaxınlarda birlikdə onuziyarət etmişik. Bakının müasir mərkəzi olan Ağ şəhərdə“Özbəkistan” parkı yaradılır. Şavkat Miromonoviçlə birlikdə 5hektarı əhatə edən bu gözəl parkın təməlini qoyduq. Bir çox başqaorta maraqlara söykənən investisiya, sərmayə layihələrimiz var.

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, ŞimallaCənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir.Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsindəyeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz,limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu günhörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik.Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirəetmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistikaistiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün,böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Mənim qardaşlarımın qeyd etdikləri kimi, energetika sahəsindəəməkdaşlıq etmək üçün gözəl imkanlar var. Bizim Türkmənistanlaənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da busahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCARartıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb,kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizəgözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşfedilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik.

Избранный
33
13
az.trend.az

10Источники