Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib.
“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Markovla yanaşı, bloger və musiqiçi Dmitri Nyuberq, keşiş Andrey Kordoçkin və aktivist Racana Duqarova, eləcə də "Tamizdatproject.org" və "Alif TV" layihələri xarici agent elan edilib.
Onlar Rusiya hakimiyyəti haqqında feyk məlumatlar yaymaqda və xarici agentlərin kontentinin yaradılmasında və ya yayılmasında iştirak etməkdə ittiham olunur.
"S.Markov xarici KİV-lər və xarici agent tərəfindən təqdim olunan informasiya platformalarında respondent qismində iştirak edib", - məlumatda bildirilib.