RU

"Turan-Zəngəzur yolu müvəqqəti olaraq “Tramp yolu adlanır...”

“Dünyada bu yolla maraqlanan çox sayda dövlət olduğu üçün Rusiyanın burada iradəsi artıq qətiyyən keçməyəcək...”
 
“Əvvəla, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Zəngəzur-Turan yolu gec-tez açılacaq. Bu hər şeydən öncə Azərbaycan və Türkiyə xalqlarının iradəsi ilə baş verəcək. Məsələnin başqa bir tərəfi də var ki, Zəngəzur yolu və ya Turan yolu,  şərti olaraq “Tramp” yolu  adlandırılır. Əslində, Zəngəzur yolu Turan yoludur və Zəngəzur-Turan yolu kimi də işləyəcək. Onun qarşısını heç bir qüvvə ala bilməyəcəq və o ad da özünə qayıdacaq. Hələlik müvəqqəti olaraq “Tramp yolu” adlanır”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı “Ermənistanda gələn ilki seçkilərdə rusiyapərəst, revanşist qüvvələr qalib gələrsə, indi “Tramp yolu” adlanan Turan-Zəngəzur yolunun taleyi necə olacaq, sizcə?” sualını cavablandırarkən ifadə edib.
 
Partiya sədri hesab edir ki, Zəngəzur-Turan yolunun açılamasında bir sıra dünya dövlətlərinin maraqları da öz rolunu oynayacaq.
 
“Eyni zamanda, dünyada bir çox dövlətlər var ki, onlar da Zəngəzur yolunun işləməsi  ilə bağlı ciddi maraq göstərirlər. Bu, Çindən tutmuş Orta Asiya, Mərkəzi Asiya ölkələrindən Azərbaycan, Türkiyə, Avropa ölkələri və Amerikaya qədər geniş bir coğrafiyanı əhatə edir. Ermənistan özü belə, artıq bu yola maraq göstərir.
 
Bilirsiniz ki, İran da artıq Zəngəzur yolu məsələsi ilə bağlı öz mövqeyindən  geri çəkilib. Bir sözlə, dünyada bu yolla maraqlanan çox sayda dövlət olduğu üçün Rusiyanın burada iradəsi artıq qətiyyən keçməyəcək. Yəni Rusiya heç bir şəkildə bu yolu nəzarətə götürə bilməyəcək. Ola bilər, bunun üçün yenidən nəsə cəhdlər etsin. Amma artıq Moskvanın buna da gücü yoxdur. Hər şey, inşallah,  Azərbaycanın və Türkiyənin istəklərinə uyğun gedəcək...”, - deyə siyasətçi vurğulayıb.
 
Sultan Laçın
 
 
 
Избранный
13
moderator.az

1Источники