RU

“Prezident İlham Əliyev hələ o zaman deyirdi ki, əgər məcbur qalsaq...”

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə Ordumuzun daha da gcləndirilməsi prosesinin davam etdirildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təhlükəsizliyinin qarantı elə dövlətimizin özü, onun Ordusudur.

Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Torpaqlarımız işğal olunandan sorna ATƏT-in Minsk qrupu öz mandatını düzgün dəyərləndirib problemi sülh yolu ilə həll edə bilmədi. Həmin dövrlərdə bütün beynəlxalq platformalarda Prezident İlham Əliyev qeyd edirdi ki, əgər sülh yolu ilə bu problem öz həllini tapmasa, biz məcburiyyət qarşısında qalıb hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Həqiqətən də belə oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın rəşadəli ordusu işğal altındakı Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi. Daha sonra isə çox uzaqgörən bir addım ataraq Kəlbəcər, Laçın və Ağdamı bir güllə belə atmadan öz nəzarəti altına aldı.

Azərbaycan 2023-cü ildə öz suverenliyini tam bərpa etdi. Bu da Azərbaycan Ordusunun gücü hesabına baş verdi. Artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Ermənistan sonuncu öhdəliklərini də yerinə yetirəcəyi təqdirdə biz sülh müqaviləsinin izmalanmasına şahid ola biləcəyik.

Son bir il ərzində xırda təxribatları çıxmaq şərti ilə, demək olar ki, atəşkəs əməl olunur. Buna baxmayaraq, cənab Prezident bütün çıxışlarında qeyd edir ki, biz tariximizi qətiyyən unutmamalıyıq. Bizim başımıza gətirilən  müsibətləri yaddan çıxarmamalıyıq. Ordumuzun modernləşməsinə üstünlük verməliyik.

Bildiyiniz kimi, Ordumuz türk ordu modelinə uyğun olaraq yenidən qurulub. Yeni hərbi birləşmələr yaradılıb. Burada daha peşəkar hərbçilər cəmləşib. Ordumuzun intervalına müasir hərbi texnikalar daxil edilib. Vətən müharibəsində düşmənə qalib gələn ordumuz öz yerində dayanmayıb, gücünə güc qatıb. Prezident Kəlbəcər şəhər sakinləri ilə görüşündə də bildirdi ki, əgər kimsə Azərbaycan torpağına göz diksə, dövlətimiz, ordumuz bunun cavabını verəcək.

Prezident Ordumuzun gücləndirilməsi prosesinin bundan sonra da davam etdiriləcəyini bildirdi. Prezidentin məlum açıqlaması bir daha göstərdi ki, Azərbaycanm öz təhlükəsizliyini və müdafiə qabiliyyətini durmadan artımaqda davam edir. Məhz bu proses bizə imkan verir ki, gələcək təhdid və təhlükələrə qarşı daim hazır olaq və bütün sınaqlardan uğurla çıxaq”.

Seymur ƏLİYEV

 

Избранный
5
moderator.az

1Источники