RU

"Neftçi" autsayder "İmişli" ilə oyunda da xal itirdi

Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürüb.

QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matçdan 1-i keçirilib.

Yarışın debütantı "İmişli" "Neftçi"ni qəbul edib. Görüş 0:0 hesablı bərabərliklə bitib. 

"Ağ-qaralar" ilk turda "Şamaxı" ilə oyunda da heç-heçə etmişdi. Sözügedən matç 1:1 hesabı ilə yekunlaşmışdı. 

Son çempion "Qarabağ" isə evdə "Sumqayıt"la qarşılaşacaq. Oyuna saat 19:30-da start veriləcək. Bu, "Qarabağ"ın 2025/26 mövsümü Misli Premyer Liqasında ilk oyunu olacaq.

Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" - "Qarabağ" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı.

22 avqust (cümə)

17:00. “İmişli” – “Neftçi” - 0:0 

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”
Избранный
3
25
sherg.az

10Источники