RU

Binəqədidə yolakı təmir işləri aylardır davam edir: Avtomobillər üçün alternativ yoxdur - VİDEO

Bakıda sərxoş şəxs avtomobil oğurlayıb. Avtosfer.az Lent.az-a istinadən məlumatına görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində qeydə alınıb.

Tural Quliyev (ad və soyad şərtidir) Instagram-da qızla tanış olub və onunla Bayıl qəsəbəsində yerləşən supermarketin qarşısında görüş təyin edib. Xeyli gözləsə də, qız görüşə gəlməyib və Tural marketdən “Go” spirtli içkisi alaraq, içib. Daha sonra ərazidə gəzərkən dayanmış avtomobilləri idarə etmək eşqinə düşüb və bir-bir həmin maşınların açıq olub-olmadığını yoxlayıb.

Onlardan yalnız “Changan” markalı avtomobilin qapısının açıq olduğunu görüb. Salona əyləşəndə hətta açarlar da maşının üzərində olduğu üçün onu Qaradağ rayonu istiqamətində idarə edib. Nəqliyyat vasitəsinin yanacağı qurtardığı üçün onu Qızıldaş qəsəbəsi ərazisində kimsəsiz səhralıq yerdə tərk edib. Burada yoldan keçən yük maşınına minərək “20 Yanvar” metrostansiyasına gedib.

Zərərçəkən avtomobilinin qaçırılması barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Axtarışlar zamanı avtomobil Qızıldaş qəsəbəsində qeyd olunan ərazidə tapılıb. Hadisəni törədən Tural Quliyev də müəyyən olunaraq, zərərçəkənlə üzləşdirilib. Onun barəsində Cinayət Məcəlləsinin 185.1-ci (Avtomobil və başqa nəqliyyat vasitəsini talama niyyəti olmadan qanunsuz ələ keçirmə) maddəsilə cinayət işi açılıb.

İstintaq zamanı tərəflər barışıblar. Buna görə də zərərçəkən məhkəmə prosesində təqsirləndirilən şəxsə açılan cinayət işinə xitam verilməsini istəyib.

Səbail rayon Məhkəməsinə hakim Afət Quliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv olunub.

Избранный
3
avtosfer.az

1Источники