Bakı. Trend:
Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ciil təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədərayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-in sorğusunacavab olaraq Baş Prokuroluğun mətbuat xidmətindən məlumatverilib.
Bildirilir ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü MuradKazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətləryetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslışübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadəiş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.