RU

Xarici agent elan edilən Markovdan AÇIQLAMA

"Mənə hücumları Rusiyanın düşmənləri və Putinin siyasətçiləri həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi göstərəcəklər, ya da korrupsioner məmurlar kimi işdən çıxarılacaqlar".

Redaktor.az xəbər verir ki, bunu Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov özünün "Telegram" kanalında yazıb.

"Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam", - Markov bildirib.

Politoloq bunun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə baş verə biləcəyini də ehtimal edib. 

Избранный
24
7
redaktor.az

9Источники