Kiber insident: İnternet xidmətləri niyə hədəfə alınıb?
“Baş vermiş kiber insidentin nəticələri qısa müddətdə aradan qaldırılsa da, məncə, gələcəkdə mövcud problemlərin və boşluqların aradan qaldırılması istiqamətində ciddi işlər görülməsi vacibdir”.
Bunu Demokrat.az-a açıqlamasında IT mütəxəssisi Fərhad Mirəliyev deyib.
Ekspert bildirib ki, DDoS hücumları uzun müddətdir məlum olan hücum növünə aiddir və onlara qarşı əvvəlcədən hazırlıq görmək mümkündür:
“Təəssüf ki, kritik infrastrukturun yetərincə hazır olmaması nəticədə vətəndaşların gündəlik həyatında müəyyən çətinliklər yaratdı. Buna görə də baş verən insidentin nəticələri təhlil edilməli, mövcud boşluqlar öyrənilməli və aradan qaldırılmalıdır”.