RU

“WhatsApp”da zəng etmək üsulu dəyişdi -

“WhatsApp” buraxılmış zənglərlə bağlı yeni funksiya üzərində işləyir. Metbuat.az xəbər verir ki, yeniliyə əsasən “WhatsApp”da zəng etdikdə və qarşı tərəf cavab vermədikdə ekranda “Zəngi bitir” və “Yenidən zəng et” arasında yerləşən “Səsli mesajı göndər” düyməsi müşahidə edilir. Yenilik istifadəçi zəng ekranını tərk etmədən cəld səsli mesaj göndərməyə imkan verir. “Səsli mesajı göndər” düyməsini sıxanda qeyd avtomatik olaraq başlayır, daha sonra buraxılmış zəng bildirişi ilə birlikdə zəng edilən istifadəçiyə göndərilir.

Yeni funksiya “WhatsApp”ın android beta versiyasında müşahidə edilib.

Избранный
11
19
metbuat.az

10Источники