Misli Premyer Liqasının II turunda "Sumqayıt" "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç fikirlərini bölüşüb: 

"Azərbaycandakı ən yaxşı komandasına qarşı oynadıq. Bugünkü yaxşı nəticəni əldə etmək istəyirsinizsə, gərək bəxtiniz də olsun. Qarşımızda olan hədəfə çatmaq üçün bizə yeni oyunçu lazım olacaq. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamırdı. Qarşıdan Çempionlar Liqası matçı gəlir. Mən ümid edirəm ki, "Qarabağ" ÇL-də liqa mərhələsinə vəsiqə qazanacaq".