RU

"Çempion olmaq istəyərdim" - "Sumqayıt"ın baş məşqçisi

"Sumqayıt" Misli premyer-liqasının 2-ci turunda "Qarabağ"ın meydanından qələbəylə ayrıldı - 1:0.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblə matçda uğurlu nəticə qazanmaq istəyirsizsə, bəxtiniz də olmalıdı, oyununuz da. "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. Çempionlar Liqasında vacib matça çıxacaqlar. Ümid edirəm ki, onlar əsas mərhələyə vəsiqə qazanacaq və mən bununla mən fəxr edəcəm.

- Mövsümöncəsi mətbuat konfransında bildirmişdiz ki, məqsədiniz avrokuboklara vəsiqə qazanmaqdı, amma bu, futbolçulardan asılıdl. Sizi hədəfə çatdıracaq komandaya formalaşdıra bilmisiz?
- Bəli, futbolçularımı bəyənirəm. Amma hədəfə çatmaq üçün daha üç oyunçu lazımdı. Komandamdan razıyam. Hər halda, nəticələrimiz qənaətbəxşdi.

- "Qarabağ" təzyiqi artıranda Nikola Ninkoviçə şans verdiz. Niyə?
- O, dünya səviyyəli oyunçudu. Sadəcə fiziki problemi var. Zaman lazımdı. 90 dəqiqə çıxış etməyə hazır olmasa da, top saxlamağı yaxşı bacarır.

- "Qarabağ" əsas heyətlə oynasa, nəticə fərqli olardı?
- Əsas oyunçular meydana çıxanda, problem yaşadıq. Xüsusilə Yankoviçi qeyd edərdim. Onunla birlikdə oynamışıq. Əvvəldən meydanda olsaydı, daha böyük çətinliklərlə üzləşərdik.

- İki oyundu ki, qol buraxmırsız və qalib gəlirsiz. Komandanın əsas özəlliyi müdafiə xəttidi?
- Bu "Sumqayıt" istədiyim səviyyədə deyil. Hələ çox işləməliyik ki, özəlliklərimizin bəhrəsini görək.

- Yerli futbolçuların səviyyəsindən və işə yanaşmasından razısız?
- Çalışırlar. Şans verirəm, yenə verəcəm. Kənan oynamışdı, bu gün də Nİhada şans verdim. Özlərini məşqlərdə sübut edirlər.

- Futbolçuların eyforiyaya qapılacağını düşünürsüz?
- Xeyr. Oyundan-oyuna çempionata daha yaxşı köklənməyə çalışırıq.

- Mövsümün sonunda komandanız hansı pilləni tutsa, sizi razı salacaq?
- Çempion olmaq istəyərdim (gülür). Amma bu haqda danışmaq üçün çox tezdi.

KƏNAN BAHADIR

Избранный
77
1
football-plus.az

2Источники