“Marsel” klubunun yarımmüdafiəçisi Adrien Rabyo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, "qırmızı şeytanlar" 30 yaşlı futbolçunun xidmətində maraqlıdır və futbolçunun transferi üçün artıq agenti ilə əlaqə saxlayıb.
Fransa klubu futbolçunun qiymətini 15–20 milyon avro arasında qiymətləndirir. Təcrübəli futbolçu həmçinin digər bir neçə klub üçün də transfer hədəfi ola bilər. Lakin hazırda vəziyyət hələ dəqiqləşməyib.
Rabyo “Marsel”də sentyabr 2024-cü ildən çıxış edir və onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 25 milyon avro təşkil edir.