RU

Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz kiçilib

Almaniya iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə yüzdə 0,3 azalıb.

Almaniyanın Federal Statistika İdarəsi (Destatis) ölkənin ikinci rübündə ümumi daxili məhsulun (ÜDM) göstəricilərini açıqlayıb.

Məlumata görə, Almaniyada mövsüm və təqvim təsirindən təmizlənmiş ÜDM bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz azalıb.

İlkin məlumatlar iqtisadiyyatın ikinci rübdə 0,1 faiz kiçiləcəyini irəli sürmüşdü. Yayımlanan məlumatlar gözləniləndən xeyli zəif idi.

Beləliklə, Almaniya iqtisadiyyatı birinci rübdə 0,3 faiz artdıqdan sonra yenidən daraldı.

İqtisadi daralma, ilk növbədə, ABŞ və Avropa İttifaqı (Aİ) arasında tarif gərginliyi zamanı istehsal və tikintinin zəifləməsindən qaynaqlanıb.

Избранный
17
kommersant.az

1Источники