RU

Astarada 47 yaşlı qadın qətlə yetirilib: OĞLU SAXLANILDI

Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb.

 

Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Qeyd olunub ki, bu gün saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Hazırda istintaq davam edir.

Избранный
14
9
senzor.az

10Источники