RU

Putin elan etdi: Onlar Rusiyada yaradılacaq

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyada nəhəng hesablama imkanlarına malik kvant kompüterlərinin prototipləri hazırlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin nüvə sənayesi müəssisələrinin əməkdaşları ilə görüşündə məlumat verib.

Dövlət başçısının sözlərinə görə, yeni texnologiyalar dərman və peyvəndlərin hazırlanmasına, yeni materialların yaradılmasına, həmçinin böyük həcmli məlumatların sürətlə emalına şərait yaradır.

Putin vurğulayıb ki, bu sahədə əldə edilən nailiyyətlər “Rosatom”un səyləri nəticəsində mümkün olub.

Xatırladaq ki, 20-ci əsrin əvvəllərində baş verən ilk kvant inqilabı lazerlərin, tranzistorların və nüvə enerjisinin yaranmasına yol açmışdı. İkinci kvant inqilabı isə ötən əsrin sonunda alimlərin ayrı-ayrı kvant hissəciklərini idarə etməyi bacarması ilə başladı.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
15
globalinfo.az

10Источники