London polisi həftəsonu keçiriləcək “Notting Hill” karnavalı ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
Operativ Media “Sky News”a istinadla xəbər verir ki, polis əməkdaşları əməliyyatlar çərçivəsində 100 nəfəri saxlayıb.
Həmçinin, 11 odlu silah və 40-dan çox bıçaq müsadirə edib.
Polisin məlumatına görə, saxlanılan şəxslər arasında 21 nəfər yenidən həbsxanaya qaytarılıb, 266 nəfər isə şərti azadlıq və ya polis zəmanəti şərtlərinə əsasən tədbirdən uzaq durmaları barədə xəbərdar ediliblər.
Qeyd edək ki, ötən il keçirilən karnaval zamanı başverən insidentdən sonra iki nəfər həyatını itirmişdi.