RU

3 deputatın övladı TƏLƏBƏ OLDU

ain.az, Modern.az saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Universitetə daxil olan yüzlərlə tələbələr arasında deputatların da övladları var. 

Modern.az-ın məlumatına görə, deputatlar Rövşən Muradov, Vüqar Rəhimzadə və Elnarə Akimovanın övladları bu il tələbə adını qazananlar siyahısındadır. 

Rövşən Muradov saytımıza açıqlamasında bildirib ki, qızı 546,2 bal toplayıb: "Arzusu tibb Universitetinə girmək idi. Ancaq dövlət sifarişli əsasında psixologiyaya ixtisasına qəbul olunub”.

Vüqar Rəhimzadənin oğlu Fuad Rəhimzadə də tələbə adını qazananlar arasındadır. Deputatın övladı Bakı Dövlət Universitetinin Biznesin idarə olunması (əyani) ixtisasına daxil olub.

Deputatlar arasında Elnarə Akimovanın da övladı bu il tələbə adını qazanıb. Qeyd edək ki, E. Akimova bu sevinci ikinci dəfə yaşayır. Belə ki, bundan əvvəl onun böyük övladı da universitetə daxil olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
10
modern.az

9Источники