RU

70 milyon avroya hücumçu ala bilər - Premyer Liqanın digər klubundan

“Nyukasl” “Vulverhempton”un hücumçusu Yorqen Strann Larseni transfer etmək istəyir.

Sportinfo.az “Express&Star”-a istinadən xəbər verir ki, 25 yaşlı forvard “sağsağanlar”ın əsas hədəfinə çevrilib.

Transferin qiyməti təxminən 70 milyon avro ola bilər.

“Vulverhempton” bu yay norveçli futbolçunun keçidini “Selta”dan 27 milyon avroya rəsmiləşdirib. O, ötən mövsümü artıq ingilislərin heyətində icarə əsasında keçirmişdi.

Larsen Premyer Liqada keçirdiyi 39 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Vulverhempton”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Избранный
57
49
sportinfo.az

10Источники