RU

ABŞ-da turistlərin olduğu avtobus aşdı - Ölənlər var

ABŞ-də Nyu-York ştatında turistlərin olduğu avtobus aşıb.

Publika.az xəbər verir ki, 4 nəfər ölüb, onlarla insan yaralanıb. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Məlumata görə, turistləri Niaqara şəlaləsindən ziyarətdən gətirən avtobusun sürücüsü magistral yolda idarəetməni itirib. Nəqliyyat vasitəsi dərəyə düşüb.

Deformasiya uğrayan avtobusun daxilində qalanlar var. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Избранный
31
publika.az

1Источники