RU

Əcnəbilərin Rusiyada qalma müddəti dəyişdi

Xarici vətəndaşlar üçün Rusiya Federasiyasının elektron vizalarının etibarlılıq müddəti iki dəfə artırılaraq 120 günə çatdırılıb. Bu viza ilə ölkədə qalma müddəti də iki dəfə - 30 günə qədər yüksəldilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, dəyişikliklər 22 avqustdan qüvvəyə minir.

İndiyədək elektron vizanın etibarlılıq müddəti 60 gün, qalma müddəti isə 16 gün idi.

Qayda yalnız birdəfəlik vizalara şamil olunur.

Избранный
33
9
qafqazinfo.az

10Источники