RU

Tanınmış avtomobil brendi pulsuz onlayn oyun təqdim etdi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hyundai" Almaniyanın Köln şəhərində keçirilən "Gamescom" sərgisində öz video oyununu təqdim edib.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, tezliklə bu onlayn oyunu brendin rəsmi saytında pulsuz oynamaq mümkün olacaq.

"Insteroid Retro Arcade" adlanan oyun "vintage" üslubunda hazırlanıb və klassik labirint oyunlarına bənzəyir. Oyun səkkiz bitlik qrafikaya və xüsusi soundtrekə malikdir.

Oyun yaxın aylarda Turin və Tokioda keçiriləcək avtomobil sərgilərində nümayiş etdiriləcək.

Bundan əlavə, "Hyundai" Koreyanın Seul və Busan şəhərlərində ixtisaslaşmış oyun məkanları yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
66
1
oxu.az

2Источники