RU

Asqırarkən burun və ağız bağlanarsa nə baş verə bilər? - Mütəxəssislər danışdı

Mütəxəssislər asqırmanı saxlamamağı tövsiyə edirlər. Çünki bu vərdiş göründüyü qədər zərərsiz deyil və ciddi sağlamlıq fəsadlarına yol aça bilər.

Milli.Az xəbər verir ki, tibbi araşdırmalara əsasən, asqırmanı zorla saxlamaq nəticəsində baş və boyun nahiyəsində təzyiq kəskin şəkildə arta bilər. Bu isə qulaq pərdəsinin zədələnməsi, damar partlaması, hətta beyin qanamasına qədər risklər yarada bilər.

Həkimlər bildirirlər ki, asqırma zamanı burun və ağız tam bağlandıqda təzyiq orqanizm daxilində təhlükəli dərəcədə yüksəlir. Bu zaman xüsusilə yüksək təzyiqdən əziyyət çəkən şəxslərdə qan damarlarının zədələnməsi ehtimalı artır.

Asqırmaq bədənin təbii müdafiə mexanizmidir və onu saxlamadan, doğru şəkildə burundan və ağızdan çıxmasına icazə vermək lazımdır. Əks halda, sadə bir refleksin ciddi fəsadlara çevrilməsi mümkündür.

Həkimlər xüsusilə qapalı mühitdə və ictimai yerlərdə gigiyena qaydalarına əməl olunmaqla asqırmanın qarşısının alınmamasını məsləhət görürlər. 

Asya
Milli.Az

Избранный
19
1
milli.az

2Источники