BAKI, 23 avqust. TELEQRAF
Kamçatka yarımadasında 5,8 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 268 km məsafədə qeydə alınıb. Episentr yerin 64,2 km dərinliyində olub.