RU

Azərbaycanlı tələbə Türkiyədən deportasiya edilir – SƏBƏB - FOTO

Türkiyədə azərbaycanlı tələbə Nənəxanım Babazadə İstanbul Universitetinin yeməkxanasında keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün “xarici terrorçu döyüşçü” ittihamı ilə saxlanılıb

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul Universitetinin magistratura pilləsi üzrə təhsil alan azərbaycanlı Nənəxanım Babazadə heyvan hüquqları və qadın haqları hərəkatlarında iştirak etdiyinə, habelə universitetin yeməkxanasında qiymət artımına qarşı etiraz aksiyalarında iştirak etdiyinə görə “xarici terrorçu döyüşçü” ittihamı ilə saxlanılıb.

Vəkilləri bildiriblər ki, Babazadə repatriasiya mərkəzinə aparılarkən kobud rəftara məruz qalıb.


Bizim.Media

Избранный
2
1
bizim.media

10Источники