RU

Milli Qəhrəmanın oğlu bu universitetdə oxuyacaq

  Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli tələbə adını qazanıb.

Referans modern.az-a istinadən xəbər verir ki, o, Türkiyənin Eskişehir Osmanqazi Universitetinə qəbul olub.

Nurlan təhsilini biznesin təşkili və idarəolunması ixtisasında (türkçə: işletme) davam etdirəcək.

Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Məlumat ilk olaraq “unikal” saytı yayıb.  

Избранный
44
5
referans.az

7Источники