RU

ABŞ-da sürtkü materiallarının istehsalı zavodunda partlayış baş verib - VİDEO

ABŞ-ın Luiziana ştatında yerləşən zavodda partlayış baş verib.

APA xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Partlayış avtomobil sənayesi üçün sürtkü materialları istehsal edən "Smitty's Supply" zavodunda qeydə alınıb.

Zavodun yaxınlığında yaşayan sakinlərin təxliyə olunması barədə göstəriş verilib.

Məlumata görə, yerli hakimiyyət orqanları zavod ətrafında 1 mil (1,6 km) radiusda məcburi təxliyə elan ediblər.

Hazırda xəsarət alanlarla bağlı məlumat yoxdur.

Избранный
34
2
apa.az

3Источники