Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" bu gün Bundesliqa 2-də növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Elversberq"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
"Kayzerslautern" ilk 2 turda 1 qələbə qazanıb, 1 dəfə isə məğlub olub.
M. Emreli ötən həftə yeni klubundakı qol hesabını açıb. O, kubok qarşılaşmasında fərqlənməyi bacarıb.
Bundesliqa 2, III tur
20:30 "Elversberq" - "Kayzerslautern"