RU

Azərbaycan Mayank Sinqhi Hindistana təhvil verib

Azərbaycan axtarışda olan hindistanlı kriminal avtoritetlərdən biri olan Mayank Sinqhi Hindistana ekstradiya edib.

Aznews.az xəbər verir ki, ötən il Bakıda həbs olunan Sinqhi Hindistanın Antiterror bölməsinin əməkdaşları Hindistanın Carkhand ştatının paytaxtı Rançiyə çatdırıb.

Hindistanın Carkhand ştatında ən çox axtarılan şəxs ölkədən qaçmazdan əvvəl Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törətməkdə ittiham olunur.

İttihama görə, ölkədən qaçdıqdan sonra da Mayank Sinqh biznesmenləri internet zəngləri ilə hədələyərək onlardan pul tələb edib. Onun sosial mediada çox aktiv olduğu və Facebook vasitəsilə özünün odlu silahla şəkillərini paylaşdığı bildirilir.

Избранный
22
11
aznews.az

10Источники