RU

Trampın əlindəki bu iz hər kəsi ŞOKA SALDI – FOTO

ABŞ prezidenti Donald Trampın əlində yenidən göyərmə (hematoma) müşahidə olunub. Bu dəfə dəri rəngini bərabərləşdirmək üçün tonallıq kremindən istifadə edilsə də, uğursuz alındığı üçün izlər daha da nəzərə çarpıb.

Ağ Evin mətbuat katibi yaranın səbəbini “tez-tez və enerjili əl sıxmalar”la izah edib və sağlamlıqla bağlı narahatlığa əsas olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, Tramp cümə günü Ağ Evin yaxınlığında yerləşən təhsil muzeyində keçirilən sərgiyə qatılarkən jurnalistlərin diqqəti məhz həmin göyərməyə yönəlib. Xüsusilə, qeyri-bərabər çəkilmiş tonallıq kremi obyektivlərdən yayınmayıb.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstifadəçilər prezidentin sağlamlıq durumu və vizajistlərinin qeyri-peşəkar işi ilə bağlı ironiya dolu paylaşımlar ediblər.

Fotonu təqdim edirik:

Müşviq Tofiqoğlu,

KONKRET.az

Избранный
21
2
konkret.az

3Источники