RU

Azərbaycana təcavüz olarsa... “Yeganə açıq istiqamət Xəzər dənizidir”

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

"Qarabağ münaqişəsinin həllindən sonra bəzi ölkələr, xüsusilə də Azərbaycanın şimal qonşusu narahatlıq içindədir və bu mövzuda kobud davranışlarını davam etdirir".

Bu fikri “Yeni Sabah”a hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O, federal telekanallarda Rusiyanın rəsmi şəxsləri olmasa da, generallar və Dövlət Dumasının deputatları səviyyəsində Azərbaycana qarşı "xüsusi hərbi əməliyyat aparılmasının vacibliyi" barədə çağırışlarını xatırladıb. pizza hut

Ehtiyatda olan abitin sözlərinə görə, mövcud reallıqda quru sərhədlərdən Azərbaycana qarşı hərbi əməliyyat aparmaq qeyri-mümkündür və yeganə açıq istiqamət Xəzər dənizidir.

“Son həftələrdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Hərbi Dəniz Qüvvələrinin komandanı, 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərliyi ilə dənizdə döyüş atışlarının keçirilməsi təsadüfi deyil. Təlimlər həm gündüz, həm də gecə saatlarında baş tutub. Bu, açıq mesajdır ki, Azərbaycan boş dayanmayıb, Xəzərdə hərbi potensialını gücləndirir", – deyə ekspert vurğulayıb.

Ü. Cəfərov qeyd edib ki, Xəzərdə müəyyən qüvvələr hegemonluq etmək, enerji resurslarına qarşı təxribatlar törətmək niyyətindədir:

“Buna görə də Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti öz imkanlarını davamlı olaraq genişləndirir. Son dövrlərdə dənizdə pilotsuz uçuş aparatlarının istifadəsinə başlanması mühüm addımdır. Dünyada sınaqdan keçirilmiş bu texnologiyanın Azərbaycanda tətbiqi şəxsi heyətin təhlükəsizliyini qoruyur və tapşırıqların dəqiqliklə yerinə yetirilməsini təmin edir".

Ekspertin sözlərinə görə, Azərbaycanın hərbi modernləşməsi bununla məhdudlaşmır:

“Yeni avadanlıqların alınması və tətbiqi davam edir. Bu, dənizdə daha dəqiq və peşəkar əməliyyatların keçirilməsinə imkan verəcək. Azərbaycan bunu gizlətmir,istənilən halda dəniz qüvvələrimiz güclənməlidir və hazırda bu istiqamətdə çox intensiv iş aparılır".

Rəvan Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
yenisabah.az

3Источники