Demokrat.az xəbər xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Rusiya Federasiyasında Sizi Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda böyük nüfuza malik təcrübəli və müdrik rəhbər, istedadlı təşkilatçı kimi tanıyırlar.
Səmimiyyət və mehribanlıq şəraitində keçən görüşlərimizi məmnuniyyətlə və dərin minnətdarlıq hissi ilə xatırlayıram. Ümidvaram ki, biz gələcəkdə də qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrinin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf yollarını açıq şəkildə müzakirə etmək, ölkələrimizin maraqlarına cavab verən layihələrin reallaşdırılmasına kömək göstərmək imkanına malik olacağıq.
Bu əlamətdar gündə Sizin tükənməz həyat enerjinizə və həqiqətən də müstəsna cazibənizə, həmçinin məsul dövləti vəzifənizdə uğurlu fəaliyyətinizə və qayğıkeş, mehriban həyat yoldaşı və ana rolunu vəhdətdə yaşatmaq bacarığınıza ehtiramımı bildirmək istərdim.
Əziz Mehriban xanım! İcazə verin, Sizə dünyanın bütün nemətlərini, möhkəm cansağlığı, uğurlar və yaxınlarınızın dəstəyini arzulayım. Qoy, doğmalarınız Sizi ruhlandıraraq və qoruyaraq həmişə yanınızda olsunlar, evinizdə harmoniya, sevgi və xoşbəxtlik hökm sürsün. Hər yeni gün sizə sevinc, nur, insanlar və ölkəniz naminə gördüyünüz bütün işlərdə dərin məmnunluq hissi gətirsin.
10Источники
-
news24.azMatviyenko Mehriban Əliyevanı təbrik etdi ( 20620257)
-
senzor.azMatviyenko da Mehriban Əliyevanı təbrik etdi ( 20627808)
-
baki-xeber.comMatviyenko Mehriban Əliyevanı təbrik etdi ( 20626221)
-
milliyol.azMatviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etdi ( 20625879)
-
7news.azValentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib ( 20623572)
-
sonxeber.azMatviyenko da Mehriban Əliyevanı təbrik etdi ( 20622978)
-
news365.azMatviyenko Mehriban Əliyevanı təbrik etdi ( 20622225)
-
ikisahil.azValentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib ( 20622114)
-
azerbaijan-news.azRusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan ( 20621907)
-
nuh.azValentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib ( 20621859)