Bu sözləri Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.
O qeyd edib ki, son zamanlar bir çox "instagram” xəbər səhifəsi tamamilə bağlanıb və ya məhdudlaşdırılıb:
"Komissiyamıza daxil olan müraciətlərdən və müşahidələrimizdən belə qənaətə gəlmək olur ki, geniş izləyici auditoriyasına malik, uzun illərdir sosial şəbəkələrdə rəsmi mənbələrə əsaslanaraq xəbər paylaşımı ilə məşğul olan bir neçə məşhur media subyektinin, xəbər səhifəsinin rəsmi məlumatlar və ya mənbələr əsasında yayımladığı xəbərlərə görə şikayət olunaraq "Instagram” platformasından silinib”.
Hacıbəy Heydərli bildirib ki, sosial media səhifələri araşdırılmadan bloklanır:
"Sosial media platformalarının şikayətləri avtomatik şəkildə, dərin analiz aparmadan bloklaması, silməsi media nümayəndələrinin fəaliyyəti üçün ciddi təhlükə və təhdid yaradır.
Bu cür hallarda səhifələrin yalnız qarşı tərəfin şikayəti geri çəkməsi halında bərpa edilməsi mexanizmi isə prosesin qeyri-şəffaf və birtərəfli həyata keçirildiyini göstərir”.
Hacıbəy Heydərli şikayətçilər haqda da danışıb:
"Son müşahidələr göstərir ki, "Instagram” sosial platformasında fəaliyyət göstərən xəbər səhifələri, böyük izləyici kütləsinə malik müğənnilər, bloqerlər, influenserlər və həkimlərin şikayətləri əsasında, heç bir əsas olmadan bağlanır. Qeyd etmək lazımdır ki, bu şəxslər ictimai maraq funksiyası daşıyır və onların fəaliyyəti barədə məlumat paylaşmaq tamamilə qanunidir.
Son olaraq isə xalq artisti Röya Ayxanın şikayətinə görə "lent.az”ın instagram səhifəsi bloklanıb. Əslində isə sayt müğənninin hər kəsə açıq olan profilində paylaşdığı foto əsasında xəbər hazırlayıbmış. Xalq artistinin media subyektinə qarşı bu cür "hücumu” heç cür anlaşılan deyil. Düşünürəm ki, müğənni sayta müraciət etsəydi, bu məsələ 2 tərəf arasında həll edilərdi. Görünən odur ki, bəzi şəxslər özlərini toxunulmaz elan etmək üçün bu yola əl atırlar.
Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bu kimi hallarla bağlı təkliflər hazırlayacaq:
"Düşünürəm ki, sosial mediada fəaliyyət göstərən və peşəkar jurnalistika prinsiplərinə sadiq olan media səhifələrinin qorunması, onların əsassız müdaxilələrdən müdafiəsi vacib məsələdir. Son vaxtlar bu istiqamətdə daxil olan müraciətlərin çoxluğu sosial media platformalarında jurnalistlərin hüquqi müdafiəsinin zəif olduğunu ortaya qoyur.
8Источники
-
editor.azHacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır” ( 20631429)
-
manset.az“Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır” ( 20623896)
-
bizim.mediaHacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır” ( 20623107)
-
olke.azHacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır” ( 20622660)
-
lent.azXəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir Hacıbəy Heydərli ( 20621844)
-
demokrat.azHacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır” ( 20621409)
-
demokrat.azHacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır” ( 20621106)
-
referans.azHacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır” ( 20621097)