RU

Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar bağlanır

Avqustun 24-də saat 07:00-dan saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam, Bakı şəhəri, Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırma aparılacaq təmir işləri ilə əlaqədar olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bizim.Media

Избранный
47
9
bizim.media

10Источники