RU

“Bavariya” Bundesliqanın yeni mövsümünün açılış matçında “Leyptsiq”i darmadağın edib

Berlin, 23 avqust, AZƏRTAC

Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 2025-2026-cı il mövsümünə “Bavariya” - “Leyptsiq” oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Münxen təmsilçisi qonaqları 6:0 hesabı ilə darmadağın edib.

Ev sahibləri Maykl Olise (27, 42) və Luis Diasın (32) qolları ilə fasiləyə 3:0 hesablı üstünlüklə yollanıblar.

İkinci hissədə Münxen təmsilçisinin ingilis legioneri Harri Keyn het-trik edib. O, 64-cü, 74-cü və 77-ci dəqiqələrdə qonaqların qapısına yol tapıb.

Xatırladaq ki, Bundesliqanın sonuncu mövsümü “Bavariya”nın çempionluğu ilə başa çatmışdı. Çempionatda 82 xal toplayan komanda ən yaxın rəqibi “Bayer Leverkuzen”i 13 xal qabaqlayaraq ilk sırada yer almışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
32
3
azertag.az

6Источники