ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə vətəndaşları təbrik edərkən tarixi səhv salıb.
Oxu.Az-ın məlumatına görə, hökumət başçısı əvvəlcə sosial şəbəkələrdəki paylaşımında 1991-ci ili göstərib, daha sonra isə səhvini düzəldərək 1990-cı il tarixini qeyd edib.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.