RU

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 44 milyon 723,08 min ABŞ dolları, həcmi isə 167,32 ton təşkil edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,4 % və 7,8 % çoxdur.

7 ay ərzində Azərbaycana xarici ölkələrdən 42 milyon 789,29 min ABŞ dolları dəyərində 162,41 ton poçt göndərişi idxal edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 12,8 % və 7,1 % çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə 1 milyon 933,78 min ABŞ dolları dəyərində 4,91 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 4,4 % və 1,4 dəfə çoxdur.

Избранный
8
1
report.az

2Источники