RU

Qusarda küçə və parkların təmirinə 1,1 milyon vəsait ayrıldı

BAKI, 23 avqust. TELEQRAF

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar Şəhər İnzibati Ərazi Üzrə Nümayəndəliyi şəhərin küçə və parkların təmirinə 1 milyon 132 min 414 manat vəsait ayırıb.

Teleqraf xəbər verir ki, qurum təmir işləri ilə bağlı "Ana-Yol" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılaşıb.

Qeyd edək ki, müvafiq işlərin icrasına bu ayın 19-dan başlanılıb, il sonuna qədər bitməyi planlaşdırılır.

Onu da bildirək ki, "Ana-Yol" MMC-nin qanuni təmsilçisi Tariverdiyev Ədalət Qeysəddin oğludur. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.

Избранный
101
teleqraf.com

1Источники