RU

Xəzərdə yeni elektrik stansiyası Azərbaycanla enerji tərəfdaşlığını gücləndirəcək

Xəzər dənizinin Türkmənistan sahilində 1 574 MVt gücündə yeni elektrik stansiyası istifadəyə veriləcək.

Bakues.az Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

Berdıməhəmmədov qeyd edib ki, onun istismara verilməsi Azərbaycana elektrik enerjisinin tədarükü, eləcə də Azərbaycandan keçməklə Avropa ölkələrinə tranzit üçün əlavə imkanlar açacaq.

Избранный
7
7
icma.az

8Источники