RU

Ən yüksək bal toplayanlar bu universitetləri seçdi - Siyahı

Ajans.az Teleqraf-a istinadla siyahını təqdim edir. I ixtisas qrupu üzrə ən yüksək nəticəni, 693 balı Neftçala rayonunun Qədimkənd kənd orta məktəbinin məzunu Müşfiq Əlili toplayıb. O, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. II ixtisas qrupu üzrə ən yüksək nəticəni 680 balı Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu Xədicə İsmayılzadə göstərib. O, Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub və təhsilini ingilis dilində davam etdirəcəyini bildirib. III ixtisas qrupu üzrə 697.5 bal toplayan Çiçək Hümmətli isə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub. IV ixtisas qrupu üzrə rekord göstərici 700 bal Şəki məktəblisi Orxan Abdulsəlimliyə məxsusdur. O, Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub.

Qeyd edək ki, bu abituriyentlərin hamısı təhsillərini ingilis dilində alacaqlar.

Избранный
27
6
Ajans.az

7Источники