RU

“Hollywood Smile Dental” klinikasına maliyyə sanksiyası tətbiq edilib

“Hollywood Smile Dental” klinikası barəsində maliyyə sanksiyası tətbiq edilib.

E-saglam.az Valyuta.az-a istinadən xəbər verir ki, klinika barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yoxlama həyata keçirilib.  

Operativ vergi nəzarəti üzrə klinika barəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan "Hollywood Smile Dental" Məhdud Məsuliyyətli Cəmiyyətinin 9754.24 manat vergi borcu da var.

E-saglam.az

Избранный
7
e-saglam.az

1Источники