RU

Zaur Əhmədov: Ən perspektivli element Zəngəzur dəhlizinin yaradılmasıdır

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqtonda əldə olunan irəliləyiş münaqişələrlə tanınan regionu qitələri birləşdirən körpüyə çevirmək imkanı verir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovun yerli mediada dərc olunan “Lalənin uşaqlıq arzusundan Cənubi Qafqazda sülhə qədər” adlı məqaləsində yer alıb.

Səfir diqqətə çatdırıb ki, sülh boş sözlərlə deyil, ticarət, təhsil, mədəniyyət mübadiləsi və insani əlaqələrlə əhatələnməlidir.

“Uzun müddət təhlükəli geosiyasi bölgə kimi tanınan Cənubi Qafqaz artıq sülhün təkcə bir arzu deyil, real prosesə çevrildiyi region olmaqdadır. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan yeni bir dövrü ifadə edən birgə bəyannamə imzalayıblar. Bu, tarixi irəliləyiş olmaqla son otuz ildə ilk dəfə olaraq konkret və qarşılıqlı qəbul edilmiş bir sülh planıdır. Son vacib addım isə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasıdır”.

Diplomat vurğulayıb ki, razılaşmanın əsas məğzi iki ölkə arasında bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır:

“Ən perspektivli element Zəngəzur dəhlizinin (“Tramp yolu”) yaradılmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən təhlükəsiz quru əlaqəsi olacaq. Layihə Avropa, Qafqaz, Mərkəzi Asiya və Çin arasında keçidi təmin edən Orta Dəhliz təşəbbüsünün əsas hissəsini təşkil edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
4
bakivaxti.az

5Источники