RU

Ukrayna Putinin təkliflərini rədd edib

Ukrayna prezidenti Vladimir Zelenski ərazi məsələlərini yalnız hazırkı cəbhə xətti formatında və yalnız Rusiya prezidenti Vladimir Putinlə görüşdə müzakirə etməyə hazırdır.

AzPost-un məlumatına görə, bu sözləri Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa NBC News-a bildirib.

“Zelenski açıq şəkildə bildirdi ki, o, prezident Putinlə oturub bu məsələni müzakirə etməyə hazırdır”.

Diplomatın sözlərinə görə, ərazi məsələsi üzrə danışıqların başlanğıc nöqtəsi hazırda orada yerləşən təmas xəttidir.

Qeyd edək ki, bu gün Ukraynanın Dövlət Bayrağı Günü ilə bağlı keçirilən bayram tədbirləri zamanı Vladimir Zelenski ölkəsinin torpaqlarından imtina etmək fikrində olmadığını bildirib.

“Biz torpaqlarımızı işğalçılara verməyəcəyik. Demokratik xalqların təminatlı təhlükəsizliyini yalnız Ukrayna ilə birlikdə əldə etmək olar”, – o qeyd edib.

AzPost.az

Избранный
24
azpost.info

1Источники