RU

Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Bakıda
Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb. DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Избранный
43
28
1news.az

10Источники