RU

23 avqust Lənkəran hadisələrinin ildönümü anılıb FOTOLAR

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Avqustun 23-də Lənkəranda 1993-cü ilin avqustunda baş verən hadisələrin ildönümü münasibətilə anım tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Qəhrəmanların ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Lənkəran hadisələri zamanı separatçı qüvvələrə qarşı mübarizədə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlar — Sultanağa Bayramov, Paşa Təhməzov və Etibar Əliyevin xatirəsinə ucaldılmış abidələrin önünə gül dəstələri qoyulub.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov 23 avqust hadisələrinin Azərbaycanın müstəqilliyinin qorunması tarixində mühüm rol oynadığını vurğulayıb. İcra başçısı qeyd edib ki, həmin günlərdə xalqımız dövlətçiliyimizin sarsılmazlığını nümayiş etdirib, milli birliyin gücü sayəsində ölkənin cənub bölgəsində baş qaldıran separatçı qüvvələrin qarşısı qətiyyətlə alınıb. Taleh Qaraşov bildirib ki, qəhrəmanlarımızın igidliyi və fədakarlığı bu gün də gənc nəsil üçün örnəkdir. Onların əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək, vətənpərvərlik ənənələri gələcək nəsillərə ötürüləcək.

Anım tədbirində iştirak edən Milli Qəhrəmanların ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər və buna görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını

bildiriblər.

Qeyd edək ki, tədbir zamanı Milli Qəhramanlar Əsgər Əliyev və Rövşən Abdullayevin abidələri də ziyarət olunub

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
unikal.az

1Источники