RU

Bank kartlarından oğurluq edən şəxslər saxlanıldı

Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Tribunainfo.az -a verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Избранный
49
28
tribunainfo.az

10Источники