RU

Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalının həcmi artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1 430 ədəd noutbukistehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 424ədəd və ya 42,1% çoxdur.

Bundan başqa, bu ilin ilk 7 ayında Azərbaycanda 2 144 ədədstolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eynidövründəki göstərici ilə müqayisədə 1 168 ədəd, yaxud da 2,2 dəfəçoxdur.

Qeyd edək ki, kompüter, elektron və optik məhsulların, elektrikavadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyulaylarında 155,6 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarınınistehsalı 12,2%, kompüter, elektron və optik məhsulların istehsalıisə 20% azalıb.

Избранный
7
1
az.trend.az

2Источники