RU

Rusiyanın 5 MDB ölkəsinə görüş təklifi nə deməkdir? Politoloq

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Hesab edirəm ki, Zaxarova tərəfindən qeyd edilən məsələ lazımlı məsələdir və onun üzərində iş aparılmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın beş Xəzəryanı ölkənin informasiya işinə məsul diplomatik qurumlarının departament rəhbərlərinin görüşünün təşkili təklifini şərh edərkən deyib. 

"Son dövrlər Xəzəryanı region ölkələri arasında yaranan mövcud gərginlik böyük ölçüdə qarşılıqlı ritorikadakı məsuliyyətsiz çağırış və açıqlamaların nəticəsidir. Region dövlətlərinin bəziləri arasında gedən bu informasiya müharibəsi əslində ölkələr arasında olan real mənzərəni əks etdirməyərək, prosesləri məqsədli şəkildə yanlış istiqamətə yönəldib. Nəticədə gərginlik yaratmağa hesablanmış çıxış və bəyanatlar əksəriyyət təşkil edib. Bunun nəticəsi kimi ölkələrin ictimaiyyəti, bəzən aşağı ranqlı rəsmiləri də bu "mübarizəyə" qoşularaq vəziyyətin daha da gərginləşməsinə səbəb olublar", deyə politoloq bildirib. 

Bu baxımdan ekspertin fikrincə, Zaxarovanın təklifini məqbul hesab etmək olar:

"Çünki bu məsələyə xüsusi diqqət yetirilməsi mütləqdir. Nəzarət olarsa, ölkələrin informasiya məkanındakı məlumatlar tənzimlənər və bundan sonra xoşagəlməz halların qarşısı alına bilər".

Həmsöhbətimiz qeyd edir ki, bunun üçün diplomatik korpusların üzərinə böyük iş düşür:

"Onlar təmsil olunduqları ölkənin informasiya məkanının monitorinqini keçirməli olarlar ki, məlumatı operativ şəkildə lazım olan yerə verə bilsinlər".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova beş Xəzəryanı ölkənin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) informasiya işinə məsul olan diplomatik qurumlarının departament rəhbərlərinin görüşünün təşkilini təklif edib.

Mətbuatın yazdığına görə o, bunu Həştərxan şəhərində keçirilən Xəzər Media Forumunun iştirakçılarına videomüraciətində bildirib: "İnanıram ki, biz xarici siyasət qurumlarının informasiya işinə cavabdeh olan departament rəhbərlərinin Xəzər formatında görüşü barədə də düşünə bilərik. Düşünürəm ki, bir çox həmkarlarımız qarşımızda duran vəzifələrin ümumiliyini nəzərə alaraq bizi dəstəkləyəcəklər".

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
qaynarinfo.az

1Источники